Dövran dəyişdi: Avropa ABŞ məhsullarına gömrük rüsumları tətbiq edir


Dünya 04 Okt 2019 20:59:00 272 0

Dövran dəyişdi: Avropa ABŞ məhsullarına gömrük rüsumları tətbiq edir

Almaniya Xarici İşlər naziri Hayko Maas Avropa İttifaqının Birləşmiş Ştatlara cavab olaraq gömrük rüsumlarının tətbiq etməsini təklif edib.

Bu barədə Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qərarından sonra Avropa İttifaqı istehsalı olan təyyarələrə 10%, kənd təsərrüfatı və sənaye məhsullarına 25% məbləğində gömrük rüsumları tətbiq edib.

Almaniya XİN rəhbərinin sözlərinə görə, Aİ buna reaksiya verməli və ÜTT-nin razılığı ilə öz rüsumlarını tətbiq etməlidir.