Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən


Digərləri 04 Okt 2019 20:44:00 277 0

Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən

Qaraciyər bədəndən toksinləri təmizləyən orqandır. Lakin qaraciyərin toksinlərlə dolu olması fəaliyyətinin pozulmasına səbəb olur.

Qaraciyər yediklərinizi vücudunuzun istifadə edə biləcəyi qida halına salır, fermentləri və digər zülalları ifraz edir, bədənin dəmir, vitamin və enerji ehtiyatını təmin edir. Bədəninizə zərər verə biləcək dərman və alkoqol kimi zəhərli maddələri təmizləyir. Vücudunuz üçün çox vacib olan bir orqana biganə yanaşmaq əlbət ki, olmaz.

Son.az publika.az-a istinadən bildirir ki,qaraciyərin toksinlərlə dolu olduğunu göstərən əlamətlərlə tanış edir.

Qaraciyərdə ağrı

Qarnınızın yuxarı sağ hissəsində ağrı varsa, bu, qaraciyərinizdə problem yarana biləcəyinə işarədir. Adətən statik bir ağrıdır. Unutmayın ki, qaraciyər yediyiniz qidaları, eləcə də vücudunuzun istifadə edə biləcəyi qida maddələrinin tullantılarını təmizləməyə kömək edir. Hər hansı bir xəstəlik qaraciyərin funksiyasına mənfi təsir edir. Bu zaman orqan əziyyət çəkir və bədənə toksik əlamətləri göndərir.

Ayaqların şişməsi

Problemi görməzlikdən gəlsəniz, zəifləmiş qaraciyər skar toxuması yaratmaq hesabına özünü düzəltməyə çalışır. Skar toxuması nə qədər yüksək olsa, qaraciyərin işləməsi bir o qədər çətinləşir və hipertenziyaya səbəb olur. Nəticədə, ayaqlarda ödəm meydana gəlir. Ödəm ağrısız olsa da, hər iki ayaqda, xüsusilə baldırlarda nəzərə çarpır.

Köklük

(adsgarden = window.adsgarden || []).push({});