Dünya zənginlərinin üzən sarayları ilk dəfə havadan belə görüntüləndi...


Dünya 04 Okt 2019 20:39:00 247 0

Dünya zənginlərinin üzən sarayları ilk dəfə havadan belə görüntüləndi...

Dünya zənginlərinin ənənəvi payız əyləncəsi-Monakoda hər il təşkil olunan yaxta şousu başlayıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, "The Sun" tabloidi şouda iştirak etmək üçün Monakonun Port-Herkules limanına cəmləşən dəbdəbəli yaxtaların, dünyanın müxtəlif ölkələrindən olan oliqarxların və iri biznesmenlərin üzən saraylarını havadan dronla görüntüləyib. Nəticədə ortaya bu cür möhtəşəm mənzərə çıxıb.

Bildirilir ki, şouda iştirak etmək üçün limana 100-dən çox yaxta yan alıb. Onların ümumi dəyəri 5 milyard dollara yaxındır. Limanda hər zövqdə və hər ölçüdə yaxta görmək olar. Onların arasında kino ulduzu Leonardo Di Kaprionun, Ringo Starın, "Formula 1" pilotu Lyus Hamiltonun, rusiyalı milyarder Andrey Melniçenkonun və digərlərinin yaxtası var.

(adsgarden = window.adsgarden || []).push({});