Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb


Digərləri 04 Okt 2019 20:38:00 236 0

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb

Bakı. Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də saat 14 radələrində 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.