Rusiyada teatrda yanğın


Dünya 04 Okt 2019 20:27:00 212 0

Rusiyada teatrda yanğın

Rusiyanın Şimali Osetiya Respublikasında opera və balet teatrında yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ilə əlaqədar teatrdan 400 nəfər təxliyə olunub.

Yanğın binanın çardağına başlayıb. Məlumatlara əsasən, hadisə qısaqapanma nəticəsində baş verib.

Yanğın zamanı teatrda tamaşanın məşqləri gedirmiş. Hadisə nəticəsində xəsarət alan olmayıb.