Sürücülük hüququ olmayan 14 yaşlı oğlan "06" ilə 3 məktəbli qızı vurdu


Digərləri 04 Okt 2019 19:37:00 297 0

Sürücülük hüququ olmayan 14 yaşlı oğlan "06" ilə 3 məktəbli qızı vurdu

Beyləqanda məktəbliləri maşın vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Beylaqan rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb.

14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı, avtomobillə yolun kənarında dayanan 3 məktəbli qızı vurub. Xəsarət alanlar rayonun 1-ci Şahsevər kənd sakinləri - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır