İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 04 Okt 2019 19:30:00 240 0

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 22-27, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək. Qazax-Gəncə zonasında əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 6-da axşam bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək. Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.