Veypinqdən zərərçəkənlərin sayı 1080 nəfərə çatıb


Digərləri 04 Okt 2019 18:29:00 258 0

Veypinqdən zərərçəkənlərin sayı 1080 nəfərə çatıb

ABŞ-ın 48 ştatında və Virciniya adalarında veypinq ilə (elektron siqaret çəkməklə) əlaqədar ağciyərlərin zədələnməsi nəticəsində 18 nəfər ölüb, zərərçəkənlərin sayı 1080 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə oktyabrın 3-də ABŞ Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin, habelə Qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsinin nümayəndələri açıqlama veriblər. Federal agentliklərin məlumatına görə, bu həftə qeydə alınmış 275 hadisənin təqribən yarısında pasiyentlər son iki həftə ərzində xəstələnib.

Qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsinin normativ-hüquqi məsələlər üzrə kiçik komissarın müavini Cudi MakMekin mətbuat konfransında bildirib ki, agentlik elektron siqaret çəkənlərin ağciyərlərində xəstəliyin kəskin yayılmasına hansı maddənin və ya maddələrin səbəb olmasını hələ müəyyən etməyib. O deyib ki, agentliyin tədqiqatçıları 18 ştatda pasiyentlərdən götürülmüş 440 nümunəni araşdırıblar. Onların fikrincə, veypinq maddəsinin hazırlanmasında istifadə edilən kimyəvi inqrediyentlərdən biri həddən artıq zəhərli ola bilər.

Pasiyentlərin təqribən 70 faizi kişi cinsinin nümayəndələri, təxminən 80 faizinin yaşı 35-dən aşağıdır. Ölmüş pasiyentlərin yaşı 20-70 həddində, onların orta yaşı 50-yə yaxındır. Ölmüş pasiyentlərin əksəriyyəti qadınlardır. Dövlət səhiyyə agentlikləri insanlara tövsiyə edirlər ki, bu təhqiqat başa çatana qədər veyplərdən tam imtina etsinlər.

(adsgarden = window.adsgarden || []).push({});