Azərbaycanda dəhşət: qəzəblənən qayınata maşınla gəlininin üstündən keçdi


Digərləri 04 Okt 2019 18:11:00 264 0

Azərbaycanda dəhşət: qəzəblənən qayınata maşınla gəlininin üstündən keçdi

Tərtər rayonunda qayınata gəlinini avtomobillə vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yeni yaşayış massivində qeydə alınıb. Qayınata, Bakı sakini olan gəlini 1994-cü il təvəllüdlü Quluzadə Əfsanə Fəxrəddin qızını avtomobillə vurub.

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası qadını Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. İlkin tibbi yardım və USM-dən keçən Ə.Quluzadə daha sonra ambulator müalicəyə buraxılıb.

Son.az