Tərtərdə qayınata 25 yaşlı gəlinini avtomobillə vurdu


Digərləri 04 Okt 2019 18:00:00 232 0

Tərtərdə qayınata 25 yaşlı gəlinini avtomobillə vurdu

Tərtər rayonunda qayınata gəlinini avtomobillə vurub.

Bakı. Ceyhun Ələkbərov - Tərtər rayonunda qayınata gəlinini avtomobillə vurub. Trend-in məlumatına görə, hadisə yeni yaşayış massivində qeydə alınıb. Qayınata, Bakı sakini olan gəlini 1994-cü il təvəllüdlü Quluzadə Əfsanə Fəxrəddin qızını avtomobillə vurub. Hadisə yerinə cəlb olunan təcili yardım briqadası qadını Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. İlkin tibbi yardım və USM-dən keçən Ə.Quluzadə daha sonra ambulator müalicəyə buraxılıb.