Azərbaycanın ən yaraşıqlı kişi sənətçisi kimdir?


Şou-biznes 04 Okt 2019 17:54:00 341 0

Azərbaycanın ən yaraşıqlı kişi sənətçisi kimdir?

Sənət adamlarının görünüşü hər zaman müzakirə mövzusu olub. Maraqlıdır, tanınmış azərbaycanlı xanımlar hansı kişi sənətçimizi ən yaraşıqlı hesab edir?

Son.az xəbər verir ki, "ölkə.az" bu sualla bəzi tanınmış xanımların fikrini öyrənib. Həmin fikirləri şərhsiz təqdim edirik. 

Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova:

"İndi yaraşıqlı kişi var ki? Mənim üçün ən yaraşıqlı sənət adamı Hacıbaba Bağırov olub. İndi üçün isə müğənni Əkbər Əliyevin adını çəkə bilərəm".

Teleaparıcı  Lamiyə Ələkbərova:

"Mən sənətdə olan kişinin yaraşığına yox, sənətinə qiymət verirəm. Düzdür, səhnədə yaraşıq önəmlidir, lakin əvvəlcə o yaxşı oxumalıdır". 

Xalq artisti, xanəndə Səkinə İsmayılova: " Mənim üçün sənət və sənətkarlıq önəmlidir, yaraşıq önəmli deyil". 

Xalq artisti, xanəndə Simarə İmanova sualı təbəssümlə cavablayır:

"Ad çəksəm inciyəcəklər, deyəcəklər ki, ay Simarə xanım, niyə filankəsin adını çəkdiniz,  mənim yox. Bizim kişi sənətçilərimiz zamanın süzgəcindən keçmiş sənətçilərdir. İstər indi, istərsə də keşmişdə olanlara hörmətim var. Kişiyə gözəl deməzlər, yaraşıqlı deyərlər".