Bakıda 22 yaşlı tanışını küçədə öldürən şəxsə 13,6 il cəza verildi


Digərləri 04 Okt 2019 17:26:00 268 0

Bakıda 22 yaşlı tanışını küçədə öldürən şəxsə 13,6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 15 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə K.Səttarlı 13 il 6 ay azadlıqdan məhrum edilib.