Dövlət Komitəsi bəyanat yaydı "Qarabağ" "Düdelanj" oyunu...


Siyasət 04 Okt 2019 17:09:00 62 0

Dövlət Komitəsi bəyanat yaydı  "Qarabağ"  "Düdelanj" oyunu...

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Lüksemburqun "Jozi Bartel" stadionunda UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" futbol oyunu zamanı ermənilər tərəfindən edilən təxribatçı hərəkətləri pisləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, son dövrlər Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivləşməsi və əlaqələrin sağlam təməllər üzərində qurulması öz nəticəsini göstərməkdədir:

"Dövlət Komitəsi olaraq Azərbaycan Respublikasının müxtəlif komandalarının və ayrı-ayrı idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı diaspor nümayəndələrindən ibarət böyük azarkeş qrupu onlara davamlı dəstək verir. Bunu idmançılarımız və idman ictimaiyyəti də daim yüksək qiymətləndirir. Müxtəlif beynəlxalq yarışlarda, o cümlədən son dövrlər Macarıstanın paytaxtı Budapeşt şəhərindəin Papp Laszlo İdman Arenasında qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi, Paralimpiyaçılarımızın iştirak etdiyi dünya kubokları, Qarabağ qazilərindən ibarət Azərbaycan Amputant Futbol komandasının Varşavada keçirilən "Amputa Futbol-2019" oyunları, Qazaxıstanın Nursultan şəhərində güləş üzrə dünya çempionatı, Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı, Gürcüstanda əlil futbolçular arasında keçirilən yarışlarda və s. kimi tədbirlərdə Komitə xaricdə yaşayan soydaşlarımıza çağırışlar edib və soydaşlarımız kütləvi şəkildə azarkeş olaraq yarışlara qatılıb.

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda da xaricdə yaşayan soydaşlarımızın iştirakının təmin olunması üçün Komitə lazımi addımları atıb. Nəticə olaraq Belçika, Niderland, Fransa, Almaniya, İsveçrə, Lüksemburq və digər Avropa ölkələrində yaşayan 350-dən çox soydaşımız stadionda "Qarabağa" azarkeşlik edib. Oyundan əvvəl və oyun zamanı davamlı şəkildə soydaşlarımızla əlaqə saxlanılıb.

Oyun zamanı təxribat törədilməsi- Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin əski parçasının meydanda görünməsi zamanı da azarkeşlərlə dərhal əlaqə yaradılıb, vəziyyət öyrənilib, onların faktla bağlı hərəkət və münasi¬bətləri koordinasiya edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi təkcə beynəlxalq yarışlar zamanı deyil, hər zaman xaricdə yaşayan soydaşlarımızı vahid amalımız olan Azərbaycan dövlətçiliyi naminə birləşməyə dəvət edib. Dövlət Komitəsi bəyan edir ki, gələcəkdə də xaricdə yaşayan soydaşlarımızın idmançılarımıza azarkeş dəstəyi təmin ediləcəkdir. Eyni zamanda, beynəlxalq idman yarışları zamanı hər hansı təxribatın törədilməsi halları qəti yolverilməzdir və baş verən hadisənin məsuliyyəti təxribatçı qrupların, eləcə də onlara arxa duran qüvvələrin üzərindədir. Avropa ölkələri bir daha şahid oldu ki, azərbaycanlılar Avropada təşkilatlanmış formada fəaliyyət göstərir və bu idman bayramına da kütləvi şəkildə qatılıblar. Ermənilər isə, harada yaşamağından asılı olmayaraq, öz erməni xislətindən əl çəkmir və istənilən radikal təxribatçı addımlar ata bilər.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı təxribatlar zamanı soyuqqanlı olmağa səsləyirik və inanırıq ki, bu təxribatçı hərəkətə hüquqi qiymət veriləcəkdir".

Oktyabrın 7-nə manatın məzənnəsi like
  • 04 Okt 17:08  
Digərləri Oktyabrın 7-nə manatın məzənnəsi

Oktyabrın 7-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Binəqədidə 2 otaqlı ev yanıb like
  • 04 Okt 16:56  
Digərləri Binəqədidə 2 otaqlı ev yanıb

Bakının Binəqədi rayonunda ev yanıb.

arrow Ətraflı
Deputat: "Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər" like
  • 04 Okt 16:54  
Siyasət Deputat: "Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər"

"Qarabağ qaziləri mənə bildirdilər ki, bəzi siyasi qüvvələrin bizd

arrow Ətraflı
Türkanda “Mercedes” elektrik dirəyinə çırpılıb like
  • 04 Okt 16:49  
Digərləri Türkanda “Mercedes” elektrik dirəyinə çırpılıb

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı beynəlxalq kampaniya keçiriləcək like
  • 04 Okt 16:43  
Digərləri “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı beynəlxalq kampaniya keçiriləcək

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşiyan başda olmaqla bu ölkəni

arrow Ətraflı
İctimai Birlik sədri: "Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz" like
  • 04 Okt 16:39  
Digərləri İctimai Birlik sədri: "Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz"

"Son günlər Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verən hadi

arrow Ətraflı
Sumqayıtda şirkət rəhbərini qumbara ilə partlatmaq istəyən şəxsə 14,6 il həbs verildi like
  • 04 Okt 16:38  
Digərləri Sumqayıtda şirkət rəhbərini qumbara ilə partlatmaq istəyən şəxsə 14,6 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qumbara ilə qəsdən adam öldürmə

arrow Ətraflı
“Fitch Ratings” hesabat hazırladı: Azərbaycan Cənubi Qafqazda neçəncidir? like
  • 04 Okt 16:34  
Digərləri “Fitch Ratings” hesabat hazırladı: Azərbaycan Cənubi Qafqazda neçəncidir?

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi mütəmadi olaraq ölkə

arrow Ətraflı
Emin Həsənli: "Dövlət Qarabağ qazilərini, qazilər də dövləti dəstəkləyir" like
  • 04 Okt 16:29  
Siyasət Emin Həsənli: "Dövlət Qarabağ qazilərini, qazilər də dövləti dəstəkləyir"

Biz bilirik ki, dövlətimizi istəməyən qüvvələr var və o qüvvələr çi

arrow Ətraflı
Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib like
  • 04 Okt 16:24  
Digərləri Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Bakı Ali Neft Məktəbində (BANM) 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü

arrow Ətraflı
Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətlərini başa çatdırıblar like
  • 04 Okt 16:20  
Digərləri Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətlərini başa çatdırıblar

Dövlət Gömrük Komitəsində yaradılmış “Könüllü gömrükçü” dəs

arrow Ətraflı