Yük maşınının alt hissəsində gizlədilən ehtiyat hissələri aşkarlandı


Digərləri 04 Okt 2019 16:14:00 255 0

Yük maşınının alt hissəsində gizlədilən ehtiyat hissələri aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kamaz 35320" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində gizlədilmiş, yük avtomobilinə aid 6 adda, ümumilikdə 43 ədəd ehtiyat hissələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.