Qayınananın qızıllarını oğurladı, tutuldu


Kriminal 04 Okt 2019 15:34:00 238 0

Qayınananın qızıllarını oğurladı, tutuldu

Bakıda qayınananın qızıllarını oğurlayan gəlin saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.