Əlikram çağrılmadığı toyda OXUDU


Şou-biznes 04 Okt 2019 15:44:00 346 0

Əlikram çağrılmadığı toyda OXUDU

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub. Son.az xəbər verir ki, müğənni toyda başına gələn maraqlı hadisədən danışıb: "Sumqayıtda bir toya getmişdim. Şahidim də əməkdar artist, nağara çalan Eyvaz qardaşımdır. Məni telefonla toya göndəriblər. Dedilər ki, pulu gedib oradan alarsan. İki eyni adlı şadlıq evidir, biri o taydadır, biri isə bu taydadır. Girdim toya, başladım oxumağa. Toy dəydi bir-birinə. Qız evi oğlan evindən, oğlan evi isə qız evindən soruşur ki, bunu kim çağırıb. Gələn gedən də mənə qəribə baxır gedir. Mən də deyirəm bunlar niyə belə edir? Artıq qonaqlardan maraqlanırlar ki, bəlkə kimsə məni toya hədiyyə edib. Mənim də telefonuma nə qədər zəng gəlib. Toyu 1 saat oxudum. Məni də toya Rusiyadan bir qardaş göndərib ki, gedib oxuyarsan, hörmətini necə lazımdır edəcəklər. Məni çağırdılar ki, sənə zəng gəlir. Telefonu açdım, dedilər qardaş sən hardasan? Dedim ki, filan şadlıq sarayındayam, toy oxuyuram. Dedi ki, sən düz getməmisən. Oğlana dedim ki, bəs düz gəlməmişik. Oğlan dedi  ki, bəs bu 2 saat necə olacaq?".

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});