Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi


Digərləri 04 Okt 2019 15:47:00 223 0

Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi

Bakıda səfirlik əməkdaşı qəza törədib.

Bakı. Samir Əli - Bakıda səfirlik əməkdaşı qəza törədib. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Tbilisi prospekti 1 saylı ünvanın qarşısında baş verib. Rusiya vətəndaşı, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı 1991-ci il təvəllüdlü Vuyan Aleksandr Aleksandroviç idarə etdiyi, səfirliyə məxsus "Nİssan Primera" markalı AZ 004 D 032 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat Rüstəm oğlunun idarə etdiyi "Saipa" markalı 50 DK 326 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.