Hindistan HHQ səhvən öz helikopterini vurdu


Dünya 04 Okt 2019 15:09:00 338 0

Hindistan HHQ səhvən öz helikopterini vurdu

"Hindistan Hərbi Hava Qüvvələri (HHQ) bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Rakeş Kumar Sinqh etiraf edib.

Onun sözlərinə görə, insidentlə əlaqədar iki hərbçi məsuliyyətə cəlb olunacaq. Qeyd olunub ki, hadisə ilə bağlı uzun müddət təhqiqat aparılıb.

Bu il fevralında Cammu və Kəşmir ştatında Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olmuşdu.