"Şaban"ın oğlu Bakıda qala gecəsində


Şou-biznes 04 Okt 2019 14:34:00 350 0

"Şaban"ın oğlu Bakıda qala gecəsində

Ötən gün Bakıda türkiyəli və azərbaycanlı aktyorların çəkildiyi "Hareket sekiz" filminin qalası baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, gecədə türkiyəli sənətçilər Ali Sunal, Hande Katipoğlu, Onur Atilla, aktyorlar Elcan Rəsulov, İslam Mehrəliyev, Pərvin Abıyeva iştirak ediblər.

Pərvinin Abıyeva obrazının çətinliyindən bəhs edərək, kaskadyorun təpik zərbəsinə tuş gəldiyini bildirib.

Filmdə polis rəisini canlandıran Elcan Rəsulov isə söyləyib ki, əvvəlcə başqa obraz üçün ona müraciət olunub:

"Mən əvvəlcə filmdə müxbir obrazını canlandırmalı idim. Lakin sonradan rejisor fikrini dəyişib, polis rəisi rolunu mənə həvalə etdi".

Qeyd edək ki, müxbir obrazını daha sonra Kəmalə Piriyeva canlandırıb. Lakin o, "Maşın" şouda olduğundan qala gecəsinə qatıla bilməyib.

(adsgarden = window.adsgarden || []).push({});