Türkanda “Mercedes” elektrik dirəyinə çırpıldı - Ölən var


Digərləri 04 Okt 2019 14:28:00 234 0

Türkanda “Mercedes” elektrik dirəyinə çırpıldı - Ölən var

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.