Deputat: Ermənilərin dinc Azərbaycan sakinini qətlə yetirməsi danışıqları pozmaq üçün növbəti təxribatdır


Digərləri 04 Okt 2019 14:19:39 236 0

Deputat: Ermənilərin dinc Azərbaycan sakinini qətlə yetirməsi danışıqları pozmaq üçün növbəti təxribatdır

Ermənilərin dinc Azərbaycan sakinini qətlə yetirməsi danışıqları pozmaq üçün növbəti təxribatdır

Bakı. Elçin Mehdiyev – Ermənilərin Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­run sürücüsünü qətlə yetirməsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində danışıqları pozmaq üçün növbəti təxribatdır. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib. C.Osmanov bildirib ki, Ermənistan tərəfi daim bu cür təxribatlara əl atır: “Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları dünya siyasətçilərinin də qəzəbinə səbəb olur. Onlar da yaxşı başa düşürlər ki, bu kimi təxribatlar münaqişənin dinc yolla həllinə mənfi təsir göstərir. Ona görə də siyasətçilər də artıq Paşinyanın bu hərəkətlərinə qarşı çıxırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın sərsəm bəyanatları haqqında bildirib ki, Ermənistan tərəfi konkret olaraq danışıqlar prosesinə mənfi təsir göstərir. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının da uğurudur ki, artıq böyük dövlətlər Ermənistanın bu hərəkətlərinə qarşı çıxırlar. Bu, həmçinin Ermənistan tərəfinə bir mesajdır ki, gələcəkdə bu təxribatlardan əl çəksin”. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın çox qüdrətli ordusu formalaşıb: “Əgər Ermənistan tərəfi təxribatlara yol verməkdə davam edəcəksə, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər zaman ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində ciddi addımlar ata bilər”. Xatırladaq ki, ötən gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü - mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb. Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb. Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin