Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı


Digərləri 04 Okt 2019 13:44:00 241 0

Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı

Təhsil  Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müvəqqəti vəzifəsinin icrasını dayandırıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Cəsarət Valehov təhsil alması ilə bağlı Amerika Birləşmiş Ştatlarına köçüb. Buna görə də o, mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırıb. Onun vəzifəsinin müvəqqəti  icrası isə İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadəyə tapşırılıb.