"Ölkədə bu qədər axmaq varsa günahkar mənəm?"


Dünya 04 Okt 2019 13:34:00 247 0

"Ölkədə bu qədər axmaq varsa günahkar mənəm?"

36 nəfərə qarşı dələduzluq edən şəxs hakim qarşısındakı ifadəsi ilə diqqət çəkib.

Son.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyənin Adana şəhərində yaşayan Mehmet Can adlı orta yaşlı kişi saxta iş elanları paylaşaraq 36 nəfərin pulunu "yeyib".

O, polis tərəfindən saxlanılıb, məhkəmə onun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Uzun müddət həbs cəzası alan Mehmet Can hakim qarşısında "Ölkədə bu qədər axmaq, saf varsa mən niyə günahkar oluram", - deyərək qərardan gileylənib.