Baş Nazirin müavini: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir (FOTO)


Digərləri 04 Okt 2019 13:36:29 70 0

Baş Nazirin müavini: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir (FOTO)

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gəncləri ilə görüş keçirilib

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Yevlax rayonunda YAP Yevlax rayon təşkilatının gənc fəalları ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər. Yevlax rayon Mərkəzi Elektron Kitabxanada keçirilən görüşdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir: "Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir". Baş nazirin müavini deyib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: “İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”. Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırıb. YAP Sədrinin müavini söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"Ölkədə bu qədər axmaq varsa günahkar mənəm?" like
  • 04 Okt 13:34  
Dünya "Ölkədə bu qədər axmaq varsa günahkar mənəm?"

36 nəfərə qarşı dələduzluq edən şəxs hakim qarşısındakı ifadəsi 

arrow Ətraflı
Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır! like
  • 04 Okt 13:33  
Digərləri Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır!

Bu həqiqəti düz 25 il əvvəl ümummilli lider Heydər Əliyev xalqın böyü

arrow Ətraflı
İran qonşu ölkələrə idxal edilən buğdanın qiymətini artırır like
  • 04 Okt 13:29  
Dünya İran qonşu ölkələrə idxal edilən buğdanın qiymətini artırır

"İranda hökumətin buğdaya təyin etdiyi qiymət xərcləri qarşılamad

arrow Ətraflı
Elman koreyalı modellə sevgilidir like
  • 04 Okt 13:24  
Şou-biznes Elman koreyalı modellə sevgilidir

Rusiyada populyar olan azərbaycanlı müğənni Elman Zeynalov koreyalı model

arrow Ətraflı
“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib (FOTO) like
  • 04 Okt 13:21  
Digərləri “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Azərbaycan Kooperasiya Universitetinin tələbə və məzunları üçün “Ka

arrow Ətraflı
Yəhudi uşaq müsəlmanın ayağını öpür like
  • 04 Okt 13:19  
Dünya Yəhudi uşaq müsəlmanın ayağını öpür

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

arrow Ətraflı
Bakı metrosunda cibgirlik edən şəxs tutulub like
  • 04 Okt 13:14  
Digərləri Bakı metrosunda cibgirlik edən şəxs tutulub

Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

arrow Ətraflı
KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir like
  • 04 Okt 13:11  
Digərləri KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mik

arrow Ətraflı
Pərvin Abıyeva: “Təpik onurğanın içinə girdi, bir anlıq nəfəsim kəsildi..." like
  • 04 Okt 12:59  
Şou-biznes Pərvin Abıyeva: “Təpik onurğanın içinə girdi, bir anlıq nəfəsim kəsildi..."

"Çəkilişlər şəxsən mənim üçün çox çətin oldu. Döyüşçü ro

arrow Ətraflı
KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir (FOTO) like
  • 04 Okt 12:54  
Digərləri KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarl

arrow Ətraflı