“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib (FOTO)


Digərləri 04 Okt 2019 13:21:07 234 0

“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Azərbaycan Kooperasiya Universitetinin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev, təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib. Tədbirdə tələbə və məzunlara 55 müəssisədən, ümumilikdə 307 boş (vakant) iş yeri və 54 təcrübə proqramı təklif olunub. Gənclər işəgötürənlərə şəxsi məlumatlarını (CV) təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.