"Yoldaşımın şirkətinə cv göndərmişdim, O da məni bəyəndi"


Şou-biznes 04 Okt 2019 12:44:00 320 0

"Yoldaşımın şirkətinə cv göndərmişdim, O da məni bəyəndi"

"Sənubər İskəndərli, Kazım Abdullayev kimi sənətkarlarla rol almaq çox sevindirici idi"

Bu sözləri buta.ws-ə müsahibəsində azərbaycanlı aktrisa Natavan Gümet deyib.

- Salam, Natavan xanım!

- Salam.

- Xoş gəldiniz Bakıya

- Çox sağolun. Xoş gününüzə gələk.

- Yeni layihələriniz varmı?

- Azərbaycanda, öz vətənimdə serialla bağlı 2 təklif var idi. Lakin, təəssüflər olsun ki, komandir (həyat yoldaşını nəzərdə tutur-red.) bu dəfə icazə vermədi. (Gülür) Əslində Türkiyədə film təklifləri var və danışıqlar gedir. Ona görə deyirəm ki, hazır orda şans varkən, itirməyim. Çünki burda seriala çəkilsəm, məlum məsələdir ki, yarıda qoyub gedəcəm. Mən də insanları yarı yolda qoymağı sevmirəm. Həm məntiqlə düşündüm, həm də komandirə qulaq asdım.

- Komandir nəyə əsasən icazə vermədi?

- (Gülür) Çünki keçən dəfə 4 aylıq icazə alıb 7 ay qalmışam. O insan bilir ki, bu mənim sənətimdir. "Təhminə və Zaur" serialından sonra qorxusu yoxdur.

- Vətən üçün darıxırsınızmı?

- Vətənim üçün bəli. Lakin, vətənimdə olan ətrafımdakı satqın insanlar üçün qətiyyən darıxmıram.

- Bakıya endiyiniz anda ilk kimi görmək istərdiniz?

- (Gülür) Ailəmdən başqasını, ümumiyyətlə, görmək istəmirəm.

- Sizin üçün seriala çəkilmək daha maraqlıdır, yoxsa filmə?

- Film təcrübəm hələki yoxdur.

- Filmlə serial arasındakı fərqi necə izah edə bilərsiniz?

- Serialın müddəti uzun olur. Ona görə də oynadığın rola dönüşürsən. Lakin filmdə rola tam adaptasiya olacaqkən film bitir.

- Bəs teatr necə?

- Mən teatrı çox sevirəm. Universitetə qəbul olunmazdan öncə çəkilişlərə gedirdim. Və çəkilişlərin biri Azərbaycan Dövlət Dram Teatrında olmuşdu. Mən o vaxt deyirdim ki, rejissor olacam. Mənə təklif gəldi ki, bir videoçarxda istedadlı aktrisaya ehtiyacımız var. Lakin mən qəbul etmədim. "Yox, mən rejissor olacam" dedim.  İmtahanlara 15 gün qalmış, fikrimi dəyişdim. Düzü, sonra qəbul etmədiyim üçün peşman oldum. Tetar başqa dünyadı.

- Uzun müddət əziyyət çəkdiyin rolu birnəfəsə ifa etdiyin an olan eyfariya adama bəs edir.

- Film? Serial? Teatr? Desələr, maaşı az olsa belə, mən teatrı seçərəm, indiki ağlım olsa.

- Teatrda olan maddiyyata bağlı nə deyə bilərsiniz?

- Ailə həyatı qurduqdan sonra özümə qapanırıdm. Yoldaşım da bunu görürdü. Təklif gəldiyi zaman ilk o qəbul elədi. Mən həqiqətən anladım ki, mən bu sənətsiz, kamerasız qala bilmərəm. 

- Neçə serialda çəkilmisiniz?

- 2 serialda. Hər ikisində də baş rolda.

- İlk dövrlərdə həyəcan olurmu?

- Birinci serialım - "Dəfnə ağacı" mənim üçün çox əhəmiyyətli idi. Sənubər İskəndərli, Kazım Abdullayev kimi sənətkarlarla rol almaq çox sevindirici idi. Bəzən elə olurdu ki, "mən bura aid deyiləm, mənim yerim reklamdır" deyirdim özümə. Sənubər xanım isə mənə "Bu sənin işinin başlanğıcı ola bilər" demişdi. Onun bu yaxşılığını heç vaxt unutmayacam. Dəfnə ağacında o biri seriala nisbətən daha çox tanındım. İndi də yolda gedərkən "Təhminə"dən daha çox "Dəniz" deyirlər mənə.

Pulun arxasınca deyil, sənətin arxasınca qaçan insana tamaşaçının sevgisi bəs edir.

- "Təhminə" yoxsa "Dəniz"?

- "Dəniz". Çünki daha çox tanındım. Lakin, Təhminə"-ni oynamaq daha asan oldu mənə. Təhminə ilə mən daha çox bənzəyirik. "Dəniz" sakit biri idi, hər şeyi içində çəkirdi. Mən isə elə deyiləm. 

- İlk oxuduğunuz kitab nədir?

- Varis'in "Sonuncu ölən ümidlərdir romanı. 3 dəfə oxumuşam. Hər dəfə də sonunda ağlayıram. Hazırda heç bir kitabı oxumuram. Bu yaxınlarda Elxan Elatlının bir kitabını aldım. Onu oxuyacam, uşaq imkan versə (Gülür)

- Xarici görünüşünüzə sizə şarm verən nədir?

- Gözlərim...

- Real həyatda Cövdət və Natavan?

- Yox.. (Gülür) Nə mən onun zövqündəyəm, nə də o mənim.

- Yoldaşınız hansı sənətin sahibidir?

- Memar-dizayner və bizim işlərlə bağlı agent şirkətləri var.

- Türk vətəndaşıdır?

- Təbii ki.

Necə tanış olduz?

- Mən yoldaşımın şirkətinə cv göndərmişdim. O da məni bəyəndi (Gülür) özəl nömrəsini verdi ki, məlumatları bura yazım. Mən isə ona cv-də hər şeyi qeyd etdiyimi dedim. Sonra Türkiyə də "Temmuz hadisələri" oldu. Mən narahat olub, onunla əlaqə saxladım. Bundan sonra dostluğumuz yarandı. Amma, necə oldusa biz sevgili olduq. 1 ay sonra da məni ailəsi ilə tanış etdi. Cəmi 3 ay sevgili olduq. Sonra da evləndik.

- Həm iş, həm ailə. İkisi bir yerdə çətin olurmu?

- Sənətimlə bağlıdırsa xeyr. "Təhminə və Zaur" serialında biraz çətinlik yaşadım. Oğlum daha 7 aylıq idi. İşdən çıxıb onun yanına tələsirdim. Lakin indi nəsə çətinlik olacağına inanmıram.

- Çəkinizə necə diqqət edirsiniz?

- Yoldaşım deyir ki, səndə olan tərslik heç kəsdə yoxdur. Oğlum dünyaya gəldikdən 5 ay sonra əvvəlki vəziyyətimə qayıtdım. Özümə yemək qadağası qoymuram.

- Natavanı gələcəkdə aparıcı olaraq görə biləcəyik?

- Xeyr! Əgər olsa, canlı efir olar. Şahin Qəhrəman deyir ki, sən canlı efirə çıxmamalısan. Özünü saxlaya bilmirsən (Gülür) "YouTube" kanalında olsa bəlkə ola bilər, oğlum imkan versə.

- Hansı sahədə veriliş aparardız?

- Maqazin proqramları aparmazdım. Mənimki daha çox kriminal və dram sahələridir. Xəbər aparıcılığı da ola bilərdi.

- Yerli telekanallarımızda hansı verlişləri bəyənmirsiniz?

- Burda yaşamıram. Türkiyədə isə Azərbaycan kanalları tutmur. (Gülür)

- Bəs Türkiyədə?

- Müge Anlı. Çünki fikirlərimiz üst-üstə düşür.

- Hansı xarici aktrisa ilə tərəf müqabili olmaq istəyərdiz?

- Qadınlardan deyə bilməyəcəm. Amma Çağatay Ulusoyla oynamaq istəyərdim. Səhv etmirəmsə Türkiyədə yayımlanan "Her yerde sen" serialındakı aktyorla da (Furkan Andıç) çəkilmək istəyərdim. Baş aktyorlar gərək xarici görünüş baxımından bir-birini tamamlasın.

(adsgarden = window.adsgarden || []).push({});