Hindistan HHQ səhvən öz helikopterini vurdu


Digərləri 04 Okt 2019 12:40:00 243 0

Hindistan HHQ səhvən öz helikopterini vurdu

Hindistan Hərbi Hava Qüvvələri bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub

Bakı. Hindistan Hərbi Hava Qüvvələri (HHQ) bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub. Trend-in məlumatına görə, bunu ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Rakeş Kumar Sinqh etiraf edib. Onun sözlərinə görə, insidentlə əlaqədar iki hərbçi məsuliyyətə cəlb olunacaq. Qeyd olunub ki, hadisə ilə bağlı uzun müddət təhqiqat aparılıb.