“Məşğulluq” altsistemi bu tarixdən etibarən tam istifadəyə veriləcək


Digərləri 04 Okt 2019 11:41:00 302 0

“Məşğulluq” altsistemi bu tarixdən etibarən tam istifadəyə veriləcək

"Oktyabr ayından mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi tam istifadəyə veriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bundan sonrakı növbəti mərhələlərdə bütün məşğulluq xidmətləri ardıcıl olaraq bu sistem vasitəsilə vətəndaşlara təqdim ediləcək.

Nazir əlavə edib ki, dövlət cari məşğulluq məsələləri ilə yanaşı, hər il əmək bazarına daxil olan 100 min insanın da məşğulluğunu da təmin etməlidir: "Bu baxımdan məşğulluq sahəsində mütəmadi yeni proqramlar tətbiq etməli, ən yaxşı beynəlxalq təcrübələri ölkəmizə gətirməliyik. Onların ölkənin reallıqlarına, iqtisadi, sosial sisteminə uyğunlaşdırılaraq tətbiqini təmin etməliyik. Azərbaycanda məşğulluq siyasəti ildən-ilə daha da genişləndirilib. Məşğulluq xidmətləri təkcə dövlətin iqtisadi siyasəti deyil, eyni zamanda sosial siyasətinin ana hissəsini təşkil edir. Çünki vətəndaşların məşğulluğu, onların əmək bazarında yerlərini tapması, öz kiçik, orta biznesini qurması, məşğulluğunu təmin etməsi son nəticədə iqtisadiyyatın inkişafına böyük töhfə verir".