Azərbaycanlı müğənni evini qarət edən qızı bağışladı


Şou-biznes 04 Okt 2019 11:54:00 317 0

Azərbaycanlı müğənni evini qarət edən qızı bağışladı

Müğənni Fuad Musayev bir neçə gün öncə evinin qarət olunmaslnda iştirak edən qonşu qızı Səbinə Atakişiyevanı bağışlayıb.

Son.az xəbər verir ki, o, bu barədə müğənni "Maşın" Şou-da açıqlama verib.

O qeyd edib ki, qızın anasının göz yaşlarına dözə bilməyərək qızı bağışlayır. Ona qarşı heç bir şikayəti olmadığını deyən Musayev, hüquq-mühafizə orqanı əməkdşalarından onu həbs etməmələrini xahiş edib.

Xatırladaq ki, Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev sentyabrın 27-də Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.