Rusiyada Qarabağ nidası:


Siyasət 04 Okt 2019 12:22:00 60 0

Rusiyada Qarabağ nidası:

"Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatlarında "Ermənistan xalqı", "Dağlıq Qarabağ xalqı" ifadələrini işlədir. "Dağlıq Qarabağ xalqı" deyilən ermənilər yoxdur. Dağlıq Qarabağın sakinləri var. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.  Sabiq Sovetlər Birliyi dönəmində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Münaqişə başlanana qədər Dağlıq Qarabağ sakinlərinin 25 faizi azərbaycanlılar, 75 faizi ermənilərdi. İndi orada azərbaycanlı qalmayıb".

Bunu Azərbaycanın dövlət başçısı İlham Əliyev dünən Rusiyanın Soçi şəhərində, "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında deyib.

Rusiya Prezidenti Vladimir Putin və İordaniya Kralı II Abdulladan sonra çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı, Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq dedi:

"Onu da deməliyəm ki, Ermənistanın baş naziri bəyanar verərək bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həll variantı Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı tərəfindən qəbul olunmalıdır. Beləliklə, deməliyəm ki, Dağlıq Qarabağ xalqı yoxdur. Olan Dağlıq Qarabağ sakinləridir ki, onlar da münaqişə başlanana qədər azərbaycanlılardan və ermənilərdən ibarət idi. Münaqişənin bizi, Azərbaycanı təmin edəcək həll variantı çox sadədir: erməni işğalında olan ərazilərimiz azad olunmalı, qaçqınlar və məcburi köçkünlər yurd-yuvalarına, əzəli torpaqlarına qayıtmalı, Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur. Ermənistanın baş nazirinin Azərbaycanda təəccüblə qarşılanmış bəyanatına da toxunmaq istərdim. Yeri gəlmişkən, həmin bəyanata Rusiya Federasiyası da "Valday forumu"nda müvafiq reaksiya göstərdi, münasibət bildirdi. Həmin bəyanat təxminən sözbəsöz belədir: "Qarabağ - Ermənistandır və nöqtə". Əvvəla, bu, yumşaq desəm, yalandır. Dağlıq və düzən Qarabağ bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi, Azərbaycan torpaqları kimi tanınıb. Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər 7 rayonundakı separatçı rejimi Ermənistanın özü belə, tanımır. Dağlıq Qarabağ Azərğaycanın əzəli, tarixi ərazisidir. Ona görə də Qarabağ Azərbaycandır və nida!", - İlham Əliyev dedi.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış etdilər.

Prezidentin Rusiyadakı nitqi, Qarabağ barədə dedikləri Azərbaycanın ədalətli, haqlı mövqeyidir.

Prezident onu da dedi və bütün dünyaya bəyan etdi ki, Dağlıq Qarabağ məsələsində nöqtəni də, nidanı da Azərbaycan qoyacaq.

Çünki geosiyasətdə durğu işarələrini vurğu sahibi qoyur və Azərbaycan sadəcə, münaqişənin dinc danışıqlar yolu ilə nizamlanmasını gözləyir.

Gözləmək heç də gözləmə mövqeyi tutmaq deyil. Əksinə, güclü qüdrətinə əmin olduğu üçün münaqişənin sülhlə çözülmə imkanlarının tükənmədiyini düşünür.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə çatdırılan messic də budur.

İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti sərsəmlik və təlxəklik kimi anlayaraq plebey düşüncəsi ilə "Qarabağ Ermənistandır" tipli sayıqlamalarına cavabı çox dəqiq, sərt oldu.

Eyni zamanda, Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin 26 ildən bəri icra olunmadığını da qətiyyətlə vurğuladı.

"Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılar qalmayıb. Həmin ərazilər hazırda yandırılmış torpaqlardır. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var və o qətnamələrdən birində ermənilərin işğal etdikləri ərazilərdən dərhal, qeyd-şərtsiz çıxmaları qeyd olunur. 25 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmur", - İlham Əliyev dedi.

Beləcə, dövlət başçımız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilmə mexanizminə, sənədlərin implementasiyası məsələsinə toxunub.

Bu isə çox ciddi məsələdir. Həddən artıq ciddi.

BMT Təhlükəsizlik Şurasının qətnamələri 25 ildən bəri yerinə yetirilmirsə, bu qurumun qərarlarının implementasiyasına və ümumiyyətlə, effektivliyinə şübhə yaranır.

BMT Təhlükəsizlik Şurasının bəzi qərarları bir neçə gündə, bəziləri həftələr ərzində icra olunur. Bəzən heç bu qurumun qərarlarına ehtiyac duymayan dövlətlər və ya dövlət hərbi əməliyyatlar üçün "müstəqil" davranır.

Azərbaycanın mövqeyi budur: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.

Bu qədər sadə və bəsit.

Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır" sözlərini Xankəndidə, bir dəstə isterik erməninin önündə söylədi və özünə siyasi dividend əldə etmək istədi. Çünki o, Qarabağın heç zaman erməni torpağı olmadığını, ən başlıcası isə olmayacığnı bilir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev isə "Qarabağ Azərbaycandır və nida işarəsi!" kəlmələrini Rusiyanın Soçi şəhərində, dünyanın ən müxtəlif ölkələnin siyasi, maliyyə və s. elitasının, analitik mərkəzlərin və güc rıçaqlarının rəhbərlərinin toplaşdığı "Valday Klubu"nun sessiyasında söylədi. Bu, dünyaya mesaj, Azərbaycanın mövqelərinin növbəti bəyanı idi.

Bir tərəfdə isterik, siyasətin və ümumiyyətlə, geosiyasətin nə olduğunu dərk edə bilməyən, dünyanın qlobal çağırışlarını görməyən, regional siyasətin problematikasını anlamayan, beyni küçə lümenliyi və marginal şovinizmlə fəsadlı, şüuru aqressiyaya köklənmiş Paşinyanın sərsəm açıqlaması, digər tərəfdə dünya birliyinin nüfuzlu dövlət başçısı, bacarıqlı siyasətçi və dərin analitik qabiliyyətə malik prezident bildiyi şəxsin taleyüklü açıqlaması.

Erməni "nöqtə"sinə Azərbaycan nidası eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində son sözün kimin deyəcəyinə işarə, məzmunlu messicdir.

Eyni zamanda, Azərbaycanın dövlət başçısı ATƏT-in Minsk Qrupuna, həmsədr dövlətlərə, Qərbə və Şərqə, Şimala və Cənuba da diplomatik yolla xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanma prosesi kimin, hansı ölkənin zooloji aqressiyasına görə yerində sayır.

Bu, xəbərdarlıqdır. Həm də savaş xəbərdarlığı.

Sülh danışıqları nəticəsiz qalarsa, savaş qaçılmaz olacaq.

Nidanın artilleriya-raket kanonadası olmamasını istəyən böyük dövlətlər hərəkətə keçməlidir.

Gərçi istəyirlərsə.

Elçin Alıoğlu Son.az

Kapital Bank yenə də Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib like
  • 04 Okt 12:13  
Digərləri Kapital Bank yenə də Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib

Məşhur Global Finance jurnalı 2019-cu il üçün dünyanın 110 ölkəsində

arrow Ətraflı
Şahnaz Haşımova uzun fasilədən sonra like
  • 04 Okt 12:09  
Şou-biznes Şahnaz Haşımova uzun fasilədən sonra

Əməkdar artist Aybəniz Haşımova bacısı xalq artisti Şahnaz Haşımova il

arrow Ətraflı
Həyata keçirilən islahatlar buna xidmət edəcək like
  • 04 Okt 12:07  
Digərləri Həyata keçirilən islahatlar buna xidmət edəcək

"Son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməs

arrow Ətraflı
İrandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb like
  • 04 Okt 12:03  
Digərləri İrandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

İrandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

arrow Ətraflı
"Final" markası "Maşın Şou"nun sağlam qida tərəfdaşı oldu like
  • 04 Okt 12:00  
Digərləri "Final" markası "Maşın Şou"nun sağlam qida tərəfdaşı oldu

"Final" markası uzun fasilədən sonra ATV telekanalında sevilən ap

arrow Ətraflı
"Toya hazırlaşan" azərbaycanlı məşhur HƏR KƏSİ ALDATDI like
  • 04 Okt 11:58  
Şou-biznes "Toya hazırlaşan" azərbaycanlı məşhur HƏR KƏSİ ALDATDI

"Samirə xanım, evliliklə bağlı xəbərləri efirdə çox qabartdınız

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb like
  • 04 Okt 11:57  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Oktyabrın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Nazir: 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub like
  • 04 Okt 11:48  
Digərləri Nazir: 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub

2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub

arrow Ətraflı
Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib like
  • 04 Okt 11:47  
Digərləri Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib

"Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron i

arrow Ətraflı
SON DƏQİQƏ! Ankarada fabrik yanır like
  • 04 Okt 11:45  
Dünya SON DƏQİQƏ! Ankarada fabrik yanır

Türkiyənin paytaxtı Ankarada fabriklərin birində yanğın başlayıb.

arrow Ətraflı