Şahnaz Haşımova uzun fasilədən sonra


Şou-biznes 04 Okt 2019 12:09:00 298 0

Şahnaz Haşımova uzun fasilədən sonra

Əməkdar artist Aybəniz Haşımova bacısı xalq artisti Şahnaz Haşımova ilə fotosunu paylaşıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ifaçı, bacısı ilə çəkilən fotosunu "İnstagram" səhifəsindən pərəstişkarları ilə bölüşüb.

Haşımova fotosunu belə şərh edib:

"Bapbalaca qız idim, əlimdən tutub getdiyi bütün yerlərə məni özü ilə, aparırdı. Boyum isə, dizindən biraz yuxarı çatırdı. Ürəyimdə deyirdim ki, ay Allah boyum haçan uzanacaq? Musiqini də, elə onun sayəsində tanımışam, sevmişəm. Yoxsa, indi məndə yəqin musiqi, qəzəl seçimində çətinlik çəkərdim. İndi, bu şəkilə baxıb ürəyimdə bir təhər oluram..Nə vaxt mən belə tez böyüdüm... Şahnaz xanım mənə deyir yaşını mənim yadıma tez-tez salma. Amma,bunu yada salmağa gərək yoxdu, gülüm?! Maraqlisi odur ki, sən millionlarin sevimli səsi, ölkənin billur nəfəsli, təqlidsiz, bənzərsiz, öz dövründə də, bugün də, səsinin sehri Göygölün bal kimi sehrinə duşsən səni dərindən dərinə aparan, musiqi duyumu zəmzəm suyu qədər təmiz, aydın. Oxuyan ürəyi ,hər ifasın, dinlədikdə adamı yandırıb yaxan segahim, şürilə Şəhnazim, Kəsmə Şikəstəm".