Baş Prokuror: Həyata keçirilən islahatlar vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək


Digərləri 04 Okt 2019 11:51:00 260 0

Baş Prokuror: Həyata keçirilən islahatlar vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək

Son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Bakı. Elçin Mehdiyev – Son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Trend-in məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Z.Qaralov bildirib ki, ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, yeni mərhələnin başlanmasına şərait yaradıb: “Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun işinin müasir dövrün tələbləri və beynəlxalq standartlara uyğun təşkil edilməsinə, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək”.