Binəqədidə qəza Qaz təchizatı dayandı


Digərləri 04 Okt 2019 11:24:00 296 0

Binəqədidə qəza  Qaz təchizatı dayandı

Dünən gecə saatlarında "Azəriqaz" İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən "korpus 124" ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Birlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.