Bu rayonlarda qaz olmayacaq


Digərləri 04 Okt 2019 10:54:00 271 0

Bu rayonlarda qaz olmayacaq

Oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Son.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Saat 10:00-dan etibarən SOCAR-ın "Qaz İxrac" İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq.

Bundan başqa, saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində "Ordahal-Yardımlı" magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.