Aygün küsülü olduğu Röyayla qonşu oldu


Şou-biznes 04 Okt 2019 11:14:00 525 0

Aygün küsülü olduğu Röyayla qonşu oldu

Xalq artisti Aygün Kazımova özünə paytaxtın mərkəzi ərazisindən yeni ev alıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bir müddətdir ki, orada yaşayır.

Maraqlı məqam isə orasındadır ki, onunla küsülü olan Əməkdar artist Röya Ayxan bir neçə ildir ki, həmin binada məskunlaşıb.

Üç ildən çoxdur burada yaşayan sənətçi əvvəllər binanın girişində Aygün Kazımovanın reklam posteri ilə qarşılardısa, artıq zaman-zaman özünü görmək məcburiyyətində qalır.

Bildirilir ki, göydələnin parkinq bölməsində zaman-zaman üz-üzə gələn sənətçilər bir-birini görməzlikdən gəlirlər.