Deputat: Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qəti mövqeyi Ermənistanın baş nazirinə layiqli cavab idi


Digərləri 04 Okt 2019 10:53:00 280 0

Deputat: Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qəti mövqeyi Ermənistanın baş nazirinə layiqli cavab idi

Prezident İlham Əliyevin böyük tribunadan “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməsi bir daha dövlətimizin sərt mövqeyini ortaya qoydu.

Bakı. Elçin Mehdiyev - Prezident İlham Əliyevin böyük tribunadan “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməsi bir daha dövlətimizin sərt mövqeyini ortaya qoydu. 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun erməni işğalı altında olduğunu vurğulayan ölkə başçısı bəyan etdi ki, biz sona qədər mübarizə aparacağıq və tarixi torpaqlarımızın bir qarışnın da düşməndə qalması ilə barışmayacağıq. Soçidəki çıxışında cənab Prezidentin Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çıxışlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi. Bunu millət vəkili Xanlar Fətiyev Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışını Trend-ə şərh edərkən deyib. Deputat bildirib ki, ölkə başçısının Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında tarixi faktlara söykənən bu çıxışı cox maraqla qarşılanıb: “Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan rəsmilərinin tez-tez gündəmə gətirməyə çalışdıqları "Dağlıq Qarabağın xalqı” anlayışı ümumiyyətlə mövcud deyil və bu məsələ Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Cənab Prezident açıq-aydın vurğuladı ki, bu münaqişə bütün dünya tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından sonra həll oluna bilər. Mən hesab edirəm ki, İlham Əliyevin bu sərt çıxışı Ermənistan ictimaiyyətində də birmənalı qarşılanmayacaq və bu, Paşınyana tutarlı cavab olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin