7 yaşlı oğlan dostu ilə qaçırdığı maşınla qəza törətdi


Dünya 04 Okt 2019 10:24:00 255 0

7 yaşlı oğlan dostu ilə qaçırdığı maşınla qəza törətdi

Rusiyanın Altay əyalətində 7 yaşlı oğlan valideynlərinin avtomobilini qaçıraraq qəza törədib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident bir neçə gün əvvəl Rubçovsky şəhərində qeydə alınıb.

Məlumata görə, oğlan evdən açarları icazəsiz götürərək 9 yaşlı dostu ilə "BMW" markalı avtomobili qaçıraraq gəzintiyə çıxıblar. Trasa çıxan uşaqlar manevr edən zaman, "Qazel" markalı yük maşını onların olduğu "BMW"ni arxa yan hissədən vurub.

Bildirilir ki, hadisə nəticəsində kimsə xəsarət almayıb.

Ancaq qayda pozan uşaq o qədər qorxub ki, "Qazel" sürücüsündən onları evə aparmasını istəyib.