Qarabağ komandası UEFA reytinqində Azərbaycanın xallarını artırdı


İdman 04 Okt 2019 10:17:00 368 0

Qarabağ komandası UEFA reytinqində Azərbaycanın xallarını artırdı

Qarabağ komandası UEFA reytinqində Azərbaycanın xallarını artırıb.

Futbolqol.az-ın məlumatına görə, bu, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda Dudelange üzərində əldə etdiyi 4:1 hesablı qələbə sayəsində gerçəkləşib. 

Nəticədə ölkə aktivinə daha 0,250 xal yazılıb. Hazırda 18,250 xala malik Azərbaycan 26-cı pillədə qalsa da, 25-ci pillədəki Qazaxıstandan yarım xal geridədir. "Astana" bu tur evdə Serbiya Partizan-ına 1:2 hesabı ilə uduzub. 18,875 xalla 24-cü yerdə gedən Belarusun isə avrokuboklarda təmsilçisi qalmayıb.

Qeyd edək ki, Qarabağ bu qələbə ilə həm də Azərbaycanın ən yaxın izləyicilərinin də xal baxımından ona yaxınlaşmasına imkan verməyib. Düzdür, Ludogorets Macarıstanda Ferencvaros-u 3:0 hesabı ilə yenərək, Bolqarıstanın Polşanı keçməsinə və 16,875 xalla 27-ci pillədə yer almasına səbəb olub. Amma hazırda Azərbaycan və Bolqarıstan arasındakı xal fərqi 1,375-ə bərabərdir.