Fuad Musayev "Maşın"dan getdi


Şou-biznes 04 Okt 2019 09:49:00 352 0

Fuad Musayev "Maşın"dan getdi

"Maşın" realiti-şousunun 18-ci buraxılışında ikinci səsvermə baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Fuad Musayev olub.

Oyunda qalmaq üçün mübarizə aparan sənətçi iştirakçılar arasında fərq qoymayacağını bildirib.

O, oyunda qalacağı təqdirdə Ayan Babakişiyevanı çıxaracağını bildirib. Musayev şouda qruplaşma olduğunu və  müğənninin qruplaşmanın başında dayandığını deyib.

Ayan isə öz növbəsində bundan xəbəri olmadığını deyib. O, güclü qadınlardan səs istədiyini söyləyib.

Veriliş boyunca iştirakçılar arasında söz savaşı yaşanıb.