Kuba lideri oktyabrda Moskvaya səfər etməyi planlaşdırdığını söyləyib


Dünya 04 Okt 2019 08:22:00 256 0

Kuba lideri oktyabrda Moskvaya səfər etməyi planlaşdırdığını söyləyib

Dövlət şurasının və Kuba Nazirlər şurasının sədri Migel Diaz Kanel oktyabrın sonunda Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, o belə bir bəyanatı cümə axşamı Havanada Rusiyanın baş naziri Dmitri Medvedevlə danışıqlardan sonra edib. Migel Diaz Kanel həmçinin bildirib: "Mən prezident Vladimir Putinə xüsusi təbriklərimi çatdırmışam. Ona iş cədvəli imkan verdikdə Kubaya səfər etməyə dəvətimi təsdiqləmişəm və bu ayın sonunda Moskvada yenidən danışıqlar aparmaq imkanım olacaq".