Adnan Oktarın aylıq qazancı hər kəsi şoka saldı Lüks villa və yaxtaların mənbəyini açıqladı


Digərləri 04 Okt 2019 07:41:00 279 0

Adnan Oktarın aylıq qazancı hər kəsi şoka saldı  Lüks villa və yaxtaların mənbəyini açıqladı

Türkiyədə özünü din xadimi kimi tanıdaraq mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar məhkəməyə aylıq gəlirinin miqdarını açıqlayıb.

Son.az xəbər verir ki, o, peşəsinin yazıçılıq olduğunu və bu peşədən ayda 3 min TL qazandığını deyib.

Oktar bildirib ki, mülk toplamaq İslam dinində haramdır. Peyğəmbər də bütün malını kasıblar üçün xərcləyib. Müsəlmanlıqda zənginlik yoxdur: "Mən 65 yaşımdayam. Malım-mülküm, pulum, heç nəyim yoxdur. Bir qəpik də yığııb saxlamamışam".

Oktar sahibi olduğu lüks yaxtalar, villalar və A9 telekanalının ona aid olmadığını, onları varislik yolu ilə əldə etdiyini bildirib.

(adsgarden = window.adsgarden || []).push({});