Wifi ilə təmin olunmuş ilk taksilər Dubayda istifadəyə veriləcək


Digərləri 03 Okt 2019 23:40:00 336 0

Wifi ilə təmin olunmuş ilk taksilər Dubayda istifadəyə veriləcək

Gələn il Expo 2020 tədbirlərinə ev sahibliyi edəcək Dubay, dünyada bir ilkə imza atmaga çalışır. Sarı taksilər Wi-Fi avadanlığı ilə təmin olunacaq və sərnisinlər Wi-Fi xidmətindən pulsuz istifadə edə biləcəklər.

Son.az techland.az-a istinadən bildirir ki, Wi-Fi texnologiyası hər keçən gün daha çox yayılır. Pulsuz Wi-Fi xidməti, demək olar ki, bütün müəssisələrdə mövcuddur. Bundan əlavə, bələdiyyələr artıq təyin olunmuş ərazilərdə pulsuz Wi-Fi təklif edirlər. Bununla birlikdə, Dubay indi pulsuz Wi-Fi xidmətini biraz daha ələ almağa çalışır.

Dubay dünyanın ən ağıllı şəhərlərindən biri kimi tanınır. Ancaq bu vəziyyət daha da dəyişəcək. Buna səbəb Dubaydakı sarı taksilərin bu gündən etibarən pulsuz Wi-Fi təklif etməsidir. Dubaydakı sarı taksilərin bu xidmətindən həm yerli əhali, həm də turist və ya işgüzar məqsədlər üçün gələn qonaqlar istifadə edə bilərlər. Dubay Yolları və Nəqliyyat İdarəsinin verdiyi açıqlamaya görə, bu xidmət dünyada ilk dəfə təqdim ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});