Formula 1də standart tormozlara keçidi təxirə salıblar


Digərləri 03 Okt 2019 23:15:00 325 0

Formula 1də standart tormozlara keçidi təxirə salıblar

Beynəlxalq Avtomobil Federasiyasından (FIA) bildiriblər ki, 2021-ci ilə planlaşdırılan tormoz sistemlərinin vahid tədarükçüsünə keçid daha gec müddətə təxirə salınıb.

Son.az AZƏRTAC -a istinad edərək xəbər verir ki, federasiya kənar istehsalçıdan vahid nümunədə tormozların çempionatda istifadəsinin komandaların xərcini azaltmağa kömək edəcəyinə ümidvardır. FIA-da belə tədarükçünün İtaliyanın "Brembo" şirkəti ola biləcəyinə meyilli idilər. Lakin bu gün dərc olunan bəyanatda bildirilir ki, 2021-ci ildə - Formula 1 yürüşlərində yeni reqlament qüvvəyə minən zaman tormozların vahid tədarükçüsü əvvəlki kimi mövcud olmayacaq.

FIA-da bunu onunla izah ediblər ki, yeni reqlamentə uyğun quraşdırılan bolidlərin reallıqda necə mövcud olacağı barədə hələ dəqiq anlayış yoxdur. Federasiyada onu da əlavə ediblər ki, 2021-ci il mövsümün gedişində tormozlara yeni tələbatlar bəlli olacaq. Bundan sonra isə tormozların vahid tədarükçüsünə keçid məsələsi yenidən gündəmdə ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});