Azərbaycanlı mütəxəssislər Avropa İttifaqının institutlarında təcrübə keçəcəklər
Digərləri 03 Okt 2019 22:52:00 248 0
Azərbaycanlı mütəxəssislər Avropa İttifaqının institutlarında təcrübə keçəcəklər.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Latviya parlamentinin katibi Zanda Kalniya-Lukaşeviça Riqa Ali Hüquq Məktəbində çıxışı zamanı Latviya Xarici İşlər Nazirliyinin sponsorluğu ilə Şərq Tərəfdaşlığı və Orta Asiya ölkələrindən gələn mütəxəssislər üçün hazırlanan təhsil proqramını təqdim edib.
Azərbaycan, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanın dövlət strukturlarında çalışan 32 mütəxəssis təhsil müddətində Latviyanın bir sıra dövlət strukturlarında, habelə Brüssel və Lüksemburqda Avropa İttifaqının əlaqədar institutlarında təcrübə keçəcəklər.
Mənbə: milli.az