Həzmi yaxşılaşdıran faydalı bitki çayları


Digərləri 03 Okt 2019 22:35:00 333 0

Həzmi yaxşılaşdıran faydalı bitki çayları

İnsanlar minillərdir ki, həzm problemlərini və digər xəstəlikləri müalicə etmək üçün bitki çaylarından istifadə edirlər. Bilirik ki, bəzi bitki çayları ürək bulanması, qəbizlik, həzmsizlik və daha bir çox problemlərə kömək edir. Xoşbəxtlikdən belə çayların əksəriyyəti geniş yayılıb.

Zəncəfil çayı Son.az medicina.az-a istinadən bildirir ki, nəmli və isti iqlimlərdə yetişən sarı rəngdə çiçəklər açan zəncəfildəki birləşmələr mədəni sancı və qazdan xilas etməyə kömək edir. Zəncəfil ürəkbulanma, qıcolma, şişkinlik və həzmsizliyə də yardımçıdır. Zəncəfil çayını dəmləmək üçün 2 stəkan (500 ml) suda 2 xörək qaşığı (28 qram) dilimlənmiş zəncəfil kökünü 10-20 dəqiqə qaynatmaq lazımdır.

Şüyüd çayı Şüyüd çoxyönlü istifadə olunan bitkidir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şüyüd mədə xoralarının qarşısını alır. Bundan əlavə qəbizliyin aradan qaldırılması üçün də əvəzsiz vasitədir.1 çay qaşığı (4 qram) şüyüd toxumunun üstünə 1 stəkan (250 ml) qaynar su tökərək şüyüd çayı hazırlaya bilərsiniz.

Gicitkən çayı Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.

Kəklikotu çayı Təxminən bir-birindən müxtəlif 350 növü olan kəklikotu güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.

(adsgarden = window.adsgarden || []).push({});