Hikmət Hacıyev: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü mühüm əhəmiyyətə malikdir


Siyasət 03 Okt 2019 22:14:00 92 0

Hikmət Hacıyev: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü mühüm əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşü oldu. Görüşdə dövlət başçıları qeyd etdilər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Ölkələrimiz arasında etibarlı və mehriban dostluq, qonşuluq münasibətləri mövcuddur. Bu, əlaqələrimizin hərtərəfli inkişafına münbit şərait yaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında dövlətlərimizin başçıları arasındakı təmasların müstəsna rolu var. Keçən il iki ölkənin dövlət başçılarının dörd qarşılıqlı səfəri və bu çərçivədə görüşləri olub. Bunlar da əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Bu ilin aprel ayında isə Pekində ikinci "Bir kəmər, bir yol" Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub. Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı qeyd olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən yol xəritəsi sənədləri diqqətə çatdırılıb.

Ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrindən danışan Hikmət Hacıyev qeyd edib ki, ticarət dövriyyəsinin dinamik artımı göz önündədir. Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana olan ixracda özünü göstərir. Ölkələrimiz, həmçinin neft-qaz sektorunda da yaxından əməkdaşlıq edirlər.

Görüşdə əlaqələrimizin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının rolu da xüsusi qeyd olundu. Bildirildi ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində mühüm rol oynayır.

Söhbət zamanı dövlət başçıları tərəfindən humanitar sahədə də əlaqələrin inkişafı qeyd edilib. Dövlətimizin başçısı Azərbaycanda rus dilinə xüsusi qayğı olduğunu diqqətə çatdırıb. Tədrisin rus dilində aparıldığı məktəblərlə yanaşı, ali məktəblərdə də rus dilində tədris aparılır. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafının növbəti daha mühüm göstəricisidir.

Şöbə müdiri vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində yaxından iştirak edir.

Hikmət Hacıyev qeyd edib ki, görüşdən sonra da dövlət başçılarının təkbətək görüşü oldu. Azərbaycan və Rusiya prezidentləri gündəlikdəki məsələlərə dair müzakirələrini davam etdirdilər. "Hesab edirəm ki, bu görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və əlaqələrimizin gələcək inkişafına əsaslı töhfə verəcək", - deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.

"Valday" Beynəlxalq Diskussiya Klubunun əhəmiyyətdən bəhs edən Hikmət Hacıyev bildirib ki, bu platforma beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.

Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır.

Hyundainin uçan avtomobil bölümünə NASA mühəndisi liderlik edəcək like
  • 03 Okt 22:10  
Digərləri Hyundainin uçan avtomobil bölümünə NASA mühəndisi liderlik edəcək

Dünyanın aparıcı avtomobil istehsalçılarından olan ''Hyundai'

arrow Ətraflı
Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən like
  • 03 Okt 22:05  
Digərləri Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən

Hər il pnevmoniyadan ölənlərin sayı artır. İnsanı xəstəxanaya çatdır

arrow Ətraflı
Rusiya Azərbaycanda AES tikməyi təklif etdi like
  • 03 Okt 22:04  
Dünya Rusiya Azərbaycanda AES tikməyi təklif etdi

Rusiyanın dövlət şirkəti olan "Rosatom"un baş direktoru Aleksey

arrow Ətraflı
İran ordusunun yeni hərbi texnika və robotları nümayiş etdirildi like
  • 03 Okt 22:03  
Dünya İran ordusunun yeni hərbi texnika və robotları nümayiş etdirildi

Tehranda İran ordusunun yeni hərbi texnikası və hərbi robotları nümayiş

arrow Ətraflı
Hyundai i10 modelinin N Line versiyasını nümayiş etdirib  FOTO like
  • 03 Okt 22:01  
Digərləri Hyundai i10 modelinin N Line versiyasını nümayiş etdirib FOTO

Hyundai şirkəti Frankfurtda keçirilən avtosalonda yeni nəsil i10 hetçbekin

arrow Ətraflı
Xalq artisti və xanımından xərçəng xəstəsi olan uşaqlara dəstək like
  • 03 Okt 22:00  
Digərləri Xalq artisti və xanımından xərçəng xəstəsi olan uşaqlara dəstək

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq

arrow Ətraflı
Elmar Vəliyevin yeni FOTOsu like
  • 03 Okt 21:59  
Digərləri Elmar Vəliyevin yeni FOTOsu

Gəncə şəhərinin keçmiş icra başçısı, həyatına sui-qəsd olunan Elma

arrow Ətraflı
İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyanın mətnində like
  • 03 Okt 21:55  
Digərləri İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyanın mətnində

Bibliyanın mətni - həm Əhdi-ətiq (Qədim əhd), həm də Əhdi-cədid (Yeni

arrow Ətraflı
2020ci ildə trend ola biləcək ən yaxşı 6 texnologiya like
  • 03 Okt 21:50  
Digərləri 2020ci ildə trend ola biləcək ən yaxşı 6 texnologiya

2019-cu il texnologiyanın inkişafında əhəmiyyətli bir il oldu. 2020-ci ild

arrow Ətraflı
Netflix avtomobil sektoruna daxil oldu like
  • 03 Okt 21:45  
Digərləri Netflix avtomobil sektoruna daxil oldu

Tesla, yenilikləri ilə istehlakçılar və texnologiya həvəskarlarının yax

arrow Ətraflı
Elm adamlarına görə gələcəkdə insanları robotlar idarə edəcək like
  • 03 Okt 21:40  
Digərləri Elm adamlarına görə gələcəkdə insanları robotlar idarə edəcək

Professor Devid Levinin fikrincə süni intellekt insanlardan daha sürətli və

arrow Ətraflı
ABŞ-da hərbçilər paraşütlə tullanarkən külək onları apardı - 22 nəfər xəsarət aldı like
  • 03 Okt 21:37  
Digərləri ABŞ-da hərbçilər paraşütlə tullanarkən külək onları apardı - 22 nəfər xəsarət aldı

ABŞ-ın Missisipi ştatında hərbi təlimlər zamanı 22 hərbçi xəsarət al

arrow Ətraflı
Diş qıcanmasının səbəbləri və müalicəsi like
  • 03 Okt 21:35  
Digərləri Diş qıcanmasının səbəbləri və müalicəsi

Bruksizm (diş qıcanması) gecə yuxuda olan zaman çənənin yığılması il

arrow Ətraflı
MercedesBenz Vision EQS konseptini nümayiş etdirib  FOTO like
  • 03 Okt 21:30  
Digərləri MercedesBenz Vision EQS konseptini nümayiş etdirib FOTO

Mercedes-Benz şirkəti Frankfurtda işinə başlamış avtosalonda Vision EQS a

arrow Ətraflı
Vladimir Zelenski Ukrayna xalqına müraciət edib like
  • 03 Okt 21:27  
Dünya Vladimir Zelenski Ukrayna xalqına müraciət edib

Ukrayna Prezidenti Vladimir Zelenski "Ştaynmayer formulu"na qarşı e

arrow Ətraflı