Aram Qabrelyanov Ermənistan Baş Nazirini “saqqalı təlxək” adlandırıb


Dünya 03 Okt 2019 22:16:00 229 0

Aram Qabrelyanov Ermənistan Baş Nazirini “saqqalı təlxək” adlandırıb

Aram Qabrelyanov Ermənistan Baş Nazirini "saqqalı təlxək" adlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın "News Media" Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov özünün "Facebook" səhifəsində Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanın Baş Nazirin müşaviri vəzifəsindən istefa verməsi barədə xəbəri paylaşaraq belə bir şərh yazıb: "Qəribə adamlardılar. Bu rütbəyə gəlib çıxıb, anlamır ki, hakimiyyətə saqqallı təlxək gəlib? Mən burada, Moskvada otura-otura onun təlxək olduğunu anladım. Onların isə bunu başa düşmələri üçün bir il vaxt keçməli idi?"

Qeyd edək ki, Paşinyan sentyabr ayında Ermənistanın iki güc strukturunun rəhbərini - Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı və Ermənistan Polisinin rəisi Valeri Osipyanın istefaya göndərmişdi. Sonrada Osipyan Baş Nazirin müşaviri vəzifəsinə təyin olunmuşdu. Oktyabrın 3-də Ermənistan KİV-ləri Osipyanın bu vəzifədən getməsi barədə xəbər yayıblar.