İran ordusunun yeni hərbi texnika və robotları nümayiş etdirildi


Dünya 03 Okt 2019 22:03:00 324 0

İran ordusunun yeni hərbi texnika və robotları nümayiş etdirildi

Tehranda İran ordusunun yeni hərbi texnikası və hərbi robotları nümayiş etdirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, yeni istifadəyə verilən zirehli hərbi avtomobil dağlıq ərazidə asanlıqla hərəkət edə bilir. Bununla yanaşı, ağıllı hərbi robotlar da nümayiş olunub. Bu robortlar "Heydər-1" elektron sistemi ilə təmin olunub. Belə ki, robot sistem vasitəsilə aldığı əmr və tapşırıqların icrasına başlayır.

Eyni zamanda, yeni istehsal olunan pilotsuz uçuş aparatı (PUA) da nümayiş etdirilib. "Farpad" adlanan PUA çox yüngüldür və əllə idarə olunur. PUA-nın havada buraxdığı radiodalğalar düşmənin radiolokasiya sistemlərinin fəaliyyətinə maneə yaradır. Nəticədə düşmənin radiolokasiya sistemləri təyyarələrin havada yerini müəyyən edə bilmir.

İranın Müdafiə naziri, general Əmir Xatəmi bildirib ki, ölkəsi yaxın günlərdə hava hücumundan müdafiə sahəsində yeni texnikaları da nümayiş etdirəcək. General deyib ki, yeni hərbi texnikalar sırf İran istehsalıdır.