İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyanın mətnində


Digərləri 03 Okt 2019 21:55:00 243 0

İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyanın mətnində

Bibliyanın mətni - həm Əhdi-ətiq (Qədim əhd), həm də Əhdi-cədid (Yeni əhd) - Sonuncu Peyğəmbərin (s) və Onun nəslindən olan on iki imamın gəlişi barədə qəti öngörmələri özündə ehtiva edir.

Son.az islam.az-a istinadən bildirir ki, Tövratın ilk kitabı olan "Varlıq" kitabının 17-ci fəslində Allah-Taala ilə Həzrət İbrahim Peyğəmbərin (ə) arasında bağlanmış əhd haqqında belə deyilir:

"İbram doxsan doqquz yaşında olanda Yəhva ona görünüb dedi: "Mən Qadir Allaham. Mənim yolumla get və kamil ol. Mənimlə sənin aranda olan əhdi gerçəkləşdirəcəyəm və nəslini çoxaltdıqca çoxaldacağam". Bunu eşitcək İbram üzüstə düşdü. Allah sözünə davam edib dedi: "Mən səninlə əhd bağlamışam, sən çoxlu xalqların atası olacaqsan. Adın daha İbram yox, İbrahim olacaq, çünki səni çoxlu xalqların atası edəcəyəm. Nəslini çoxaltdıqca çoxaldacağam. Səndən xalqlar törəyəcək, nəslindən padşahlar çıxacaq. Mənimlə sənin və gələcək övladın arasındakı əhdi nəsildən-nəslə davam edən əbədi əhd olaraq tutacağam. Mən sənin və övladlarının Allahı olacağam" (Varlıq kitabı, 17-ci fəsil, 1-7-ci cümlələr).

Elə həmin fəslin növbəti cümlələrində Allah İbrahimə (ə) bu şəkildə müraciət edir:

"İsmayılla bağlı diləyini də eşitdim. Onu da mübarək edəcəyəm, çoxlu oğul-uşaq sahibi olacaq, nəslini çoxaltdıqca çoxaldacağam. O, on iki əmir atası olacaq və ondan böyük bir xalq törəyəcək" (Varlıq kitabı, 17-ci fəsil, 20-ci cümlə).

İsmayıl (ə) Həzrət İbrahimin (ə) oğlu, ərəblərin ulu babası, deməli, Həzrət Mühəmməd Peyğəmbərin (s) də əcdadıdır. Yuxarıda xatırlanmış "böyük xalq" isə Peyğəmbərin (s) nəslindən olan on iki imamdır.

Bibliyanın yəhudi dilindəki orijinal mətnində adətən tərcüməçilərin gözündən yayınan bir məqam vardır. Həmin cümlənin səslənməsinə nəzər salaq: "Ule Yişmael şmatika hineh beraxti oto vehifreyti oto vehirbeyti oto bi mehad-mehad şneym aşar nesiim yulid unetativ leqoy qadol".

Buradakı "bi mehad-mehad" ifadəsi bizə məlum olan tərcümələrin heç birində verilməyib. Nə rus, nə ingilis, nə alman, nə də fars dilindəki tərcümələrdə bu sözü görmürük. "Bi" sözönüdür, "üzərindən" mənasını verir və hərəkətin vasitəsini göstərir. "Mehad-mehad" isə daha çox şəxs adına bənzəyir. Ərəb dilini bilən hər kəs bu cümlənin mənasını anlayar, çünki ərəb və ivrit (yəhudi) dilləri yaxındır. Sözlərin hərfi və dəqiq tərcüməsi belə səslənir: "Və İsmayılın barəsində səni eşitdim. Mən onu mübarək etdim, onu bol məhsullu (yəni oğul-uşaqlı) edəcəyəm, mən onun nəslini Mehad-mehad vasitəsilə artıracağam. Ondan on iki rəhbər törəyəcək və mən onu böyük xalq edəcəyəm".

(adsgarden = window.adsgarden || []).push({});