Bakıda cinsi orqanı 4 dəfə böyüdən krem fırıldaqçıları


Digərləri 03 Okt 2019 21:25:00 285 0

Bakıda cinsi orqanı 4 dəfə böyüdən krem fırıldaqçıları

Azərbaycanda bir çox elan saytlarında ilk cərgədə gözə girən məhsullar kişilər üçün olan böyüdücü, gecikdirici, ereksiya üçün mazlar, məcunlar, kremlərdir. Bu məhsulları ayrı-ayrı şəxslər və adı, ünvanı bəlli olmayan firmalar satır.    Qiymətləri  20 manatdan 200 manata kimi dəyişir.

Araşdırmamıza görə, bu məhsulları gənc oğlanlar, kişilərlə yanaşı, qadınlar da sifariş edir. Təbii ki, öz partnyorları üçün. Cinsiyyət üzvünün ölçüsündən narazılar ordusu son ümid olaraq bu vasitələrin vədverici informasiyasına aldanır, məhsulu sifariş edir.

Professor Məhəbbət doktor kimdir?

Son.az medicina.az-a istinadən bildirir ki, super böyüdücü təsir vədi verən məhsulun müştəriyə necə, hansı yolla satılması prosesini araşdırmaq üçün nömrələrdən birinə zəng olunub. Zəngimizə ofisdə əyləşən menecer xanım cavab verdi.

Sifarişçi kimi saytdan qadın zəng etmişdi. Qadın məhsulu sifariş vermək istədiyini bildirərək, menecerə həyat yoldaşının cinsi orqanının həddən artıq kiçik olduğunu bildirdi.

Dəstəkdəki firma işçisi bir çox intim  xarakterli suallar verərək, müştərinin nədən narazı olduğunu, necə əlaqədə olduğunu, kişinin orqanının təxmini nə boyda olması ilə maraqlandı.

Müştəri isə evlənəndən kişi ilə əlaqənin mümkünsüz olduğunu, cinsiyyət orqanının 5 sm, hətta loru dildə desək insan burnu boyda olduğunu bildirdi. Müştəri bu kiçiklikdə orqanın bu vasitə nə qədər böyüyə biləcəyini soruşduqda, həmin xanım uzununa daha  4-5 sm, eninə 1-2 sm böyüyəcəyini dedi.

Müştəri "əgər bu kremi alsaq, həm o, həm mən əziyyətdən, bu utanc hissindən nə qədər tez müddətə xilas olacağıq" sualına firma əməkdaşı qəribə cavablar verdi: " Bəs bu adama niyə ərə getmisiz?. Bu qədər dözmüsüz, bir qədər də dözün, sifariş gəlsin, 1-2 həftə çəkin düzələcək" dedi. Müştəri bir qədər tibbi xarakterli suallarına cavab və zəmanət istədikdə söhbətin ən gözlənilməz məqamı baş verdi. Belə ki, menecer qadın suallara cavab üçün telefona guya öz həkimlərindən birini dəvət etdi. Bu dəfə cavab verən kişi idi.

"Buyurun, mən professor Məhəbbət doktoram" deyən cavan oğlan xanımı daha açıq, intim suallara çəkir və guya tibbi baxımdan məlumatlandırır. Professor Məhəbbət doktor baltanı lap kökündən vuraraq, məhsullarının original, super olmasını bildirib, bapbalaca, hətta heç böyüməyən cinsiyyət orqanının 2 kurs müalicə ilə həm uzununa, həm eninə böyüyüb, 20 sm-ə çata biləcəyi vədini verdi.  

" Xanım narahat olmayın, hətta ondan da kiçik üzvü böyüdə bilər. Ona görə siz 2 kursluq müalicə götürün, 180 manat edir. 2 kursa 20 sm-ə çatacaq" - deyə professor Məhəbbət Məhəbbətov çarəsiz qadınları məharətlə "toruna salır".

Biz "siz urololoqsuz, nə həkimisiz" soruşduqda Məhəbbət professor " bəli, bəli, biz bu sahə üzrə həkimik, xəstələrdə bu kremin nəticəsini görürük, bizə istədiyiniz vaxt zəng edə bilərsiz" dedi.

Beləcə, 180 manatlıq 2 kurs mazı 5 dəqiqəyə qadına satmağı  bacaran adı, ünvanı bəlli olmayan firma və özünə satdığı mala uyğun  seksual ad seçən "professor Məhəbbət"  daha bir ailəni "xoşbəxt" etdi.

Həmin məhsulların bir neçəsinin reklam mətnini təqdim edirik:   "Cinsi orqan kicikliyi,inkisafdan qalma problemləri olan kisilər ucun tamamilə bitki tərkibli,effektini ilk gunlərdən gostərmeye baslayan penis böyüdücü kremi. Effekti; 30 yasa qədər kisilərdə 4-5 sm cinsi orqani böyüdür, 30 yasdan yuxarı kisilərdə isə 3-4 sm boyudur. Bundan başqa cinsi orqanı ortalama 1 sm qalınlaşdirir".

(adsgarden = window.adsgarden || []).push({});